Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 08:05

BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirə baş çəkiblər


Foto arxiv
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb.

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, görüş bu gün baş tutub.

Qeyd edək ki, Ermənistan əsgəri Akop İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə Ağdam istiqamətində qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfə əsir düşüb.
XS
SM
MD
LG