Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:32

Gömrükdən keçməyən minarə


Çela kəndində sökülən bu minarədir
Çela kəndində sökülən bu minarədir
-
Gürcüstanın cənubundakı Samtsxe-Cavaxetiya regionunda məsciddən minarənin zorla sökülməsi ölkənin müsəlman əhalisi arasında böyük qəzəb doğurub.

Çela kəndində baş verən bu hadisənin səbəbi maliyyə nazirliyinin verdiyi göstərişdir. Maliyyə nazirliyi bildirir ki, minarənin tikintisində istifadə olunan materialların hamısının gömrükdən keçib-keçmədiyinə əmin olmaq istəyir. O materiallar iyul ayında Türkiyədən gətirilib.

Minarə sökülərkən bir qrup yerli müsəlman buna mane olmaq istəyirdi, ancaq polis etirazçıları dağıtdı və 20 adam həbs olundu. Bu hadisə vaxtı bəzi etirazçılar xəsarət aldı.

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Camal Paksadze minarənin sökülməsini və etirazın yatırılmasını insan haqlarının pozulması kimi qiymətləndirib.
Minarə söküləndən sonra
Minarə söküləndən sonra

Çela kəndindəki hadisədən sonra qonşu Acarıstan regionunun paytaxtı Batumidə də müsəlmanların etiraz askiyası keçirilib.

Aksiyaçılardan biri Azadlıq Radiosuna deyib : “Biz ədalətin bərpasını tələb edirik. Biz minarənin yerinə qaytarılmasını və bu əməliyyatda iştirak edən hər bir kəsin müsəlman icmasından üzr istəməsini tələb edirik”.

Maraqlıdır ki, minarənin sökülməsinə müsəlmanlar etiraz edirsə, geri qaytarılmasına da pravoslav xristianların bir qrupu etiraz edir.
Bir qrup xristian Çela kəndinə yolu bağlayıb ki, minarə geri qaytarılmasın.

Xatırladaq ki, minarə avqustun 26-da sökülüb. Daha sonra minarədə istifadə olunan materiallar Tbilisidə yoxlanandan sonra minarəni avqustun 29-da Çela kəndinin yaxınlığında bir anbara qaytarıblar.
İndi bir qrup pravoslav yolu bağlayıb ki, minarə yerinə qoyula bilməsin.

Xristian fəallar referendum tələb edirlər ki, Gürcüstanda minarə olmalıdır yoxsa yox.

Gürcüstanın baş naziri Bidzina İvanishvili sentyabrın 2-də deyib ki, minarə qoyularkən bəzi qanunsuzluqlara yol verilib. Ancaq əlavə edir ki, hökumət dini hisslərə toxunan məsələlərdə ehtiyatlı olmalıdır.

İvanishvilinin siyasi rəqibi prezident Saakashvili bundan əvvəl demişdi ki, minarənin sökülməsi ”Gürcüstan müsəlmanlarına qarçı qanunsuzliuqdur. “

STATİSTİKA

2002-ci ilin siyashıyaalmasına görə Gürcüstanda 433 min müsəlman var idi, ölkə əhalisinin 9,9 faizi müsəlmandır.
Ancaq indi ölkə müsəlmanlarının liderləri Gürcüstanda 800 min müsəlmanın yaşadığını bildirir.

Bu yaxınlarda Saakashvili dedi ki, Gürcüstanda müsəlmanlar bir neşə yüz mindir, dünyada isə bir neçə milyondur.

Gürcüstanda ən böyük müsəlman icması azərbaycanlılardır. 2002-ci ilin siyahıyaalmasına görə, azərbaycanlılar 284 mindir.

Digər iki qeyri- gürcü mənşəli müsəlman qrupları avarlar və çeçenlərdir.

Milli mənşəyi gürcü olub, dini müsəlman olanların ən böyük qrupu acralardır. Acarlar 115 mindir.
Çela kəndində yaşayanlar da məhz 1980-ci illərdə Acarıstandan köçənlərdir.

Gürcüstanda məscidlərin sayı isə, müxtəlif məlumatlara görə, 300-dən 390-na kimidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG