Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:48

SOCAR «Bulla-Dəniz»ə görə ABŞ şirkətini dəvət edib


Arxiv foto
-
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yanğın baş verən quyuda qəzanın fəsadlarını aradan qaldırmaq üçün ABŞ mütəxəssislərini dəvət edib.
Bu barədə ARDNŞ öz rəsmi veb-saytında yaydığı məlumatda bildirib.
Məlumatda deyilir ki, “Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir: “Özül “Şirvan” və “Z.Hacıyev” kran gəmiləri vasitəsi ilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib”.
Neft Şirkəti açıqlayıb ki, qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün yerli mütəxəssislərlə yanaşı ABŞ-ın “Boots & Coots international Well Control” şirkətinin nümayəndələri dəvət olunublar: “Hadisə yerinə birgə baxış keçirilib və quyunun bağlanmasında ”Qurban Abbasov” kran gəmisinin gücündən istifadə olunması qərarına gəlinib”.
ARDNŞ bildirib ki, hava şəraiti imkan verən kimi işə başlanılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG