Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 00:33

Eldəniz Quliyev də Baş Prokurorluğa çağırıldı


-
«El» Hərəkatının sədr müavini Eldəniz Quliyev ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib.

Eldəniz Quliyev bildirib ki, Şamaxıda olduğundan prokurorluğa sentyabrın 2-də gedəcək.

«El» Hərəkatı sədrinin müavini Köçəri Nağıyev avqustun 30-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Avqustun 29-da isə hərəkatının lideri və Milli Şura icra aparatının rəhbəri Eldar Namazov da 4 saat prokurorluqda dindirilib.

Dindirmə Əflan İbrahimovun müraciəti əsasında aparılan araşdırma ilə bağlı olub.

Ə.İbrahimov «El» Hərəkatının və Milli Şuranın prezident seçkiləri zamanı kütləvi iğtişaşlar hazırladığını bildirib. Bundan sonra prokurorluq araşdırmaya başlayıb.
Eldar Namazov Ə.İbrahimovun fikirlərini uydurma adlandırıb.
XS
SM
MD
LG