Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

Virtual oyunların oyunçulara təsiri: inkişaf, yoxsa tənəzzül?- [Video]


-

Oyun

Facebook-dan birbaşa şərh yaz
Kompüterin qabağında saatlarla oyun oynayanlar, bu oyunları həyat tərzinə çevirənlər var. Ölkə və beynəlxalq səviyyədə kompüter oyunçuları arasında yarışlar da keçirilir. Mübarizə, qələbə qazanmaq, özünü təsdiqləmək arzusu, yoxsa vaxt itkisi?

Azadlıq FM-də virtual oyunlar, xüsusiyyətləri, müsbət və mənfi tərəflərindən danışırıq.

Verilişin sualı: Virtual oyunlar həyatınıza necə təsir edir?

Oyun həvəskarı Sübhü Sədiyev:
- Uşaqlıqdan video oyunlara marağım var. Daha çox realistik, filmlərə bənzəyən, büdcəsi çox olan oyunları sevirəm.
- Boş vaxtlarımı kompüterdə oyun oynamaqla keçirirəm. İndi tətildir. Buna görə də daha çox oynayıram.
- Şəbəkə oyunları o qədər maraqlı deyil. Çünki təkrarlanan, süjetsiz oyunlardır.
- Oyunlar mənə maraqlı ideyalar verir. İngilis dilində oynadığım üçün dil bilgim də inkişaf edir. Kiçik həcmli bir kitab da yazmışam.
Psixoloq Aidə Nəbiyeva:
- Bu gün ailərdə kompüterin olmağı, oyun oynayan uşaqların sayını da artırırb. Oyunlardan filmlərdən daha çox zövq alırlar, çünki adrenalin, həyəcan yaşayırlar.
- Virtual oyunların müsbət və mənfi tərəfləri var.Müsbət cəhəti yaradıcı qabiliyyəti, düşüncə tərzini, təxəyyülü inkişaf etdirir.
- Video oyunlardakı həyəcan, ritmika insan psixikasını həddən artıq yükləyir. Oyunlar kiçik yaşlarında oynanıldığı zaman dah çox təhlükəlidir. Onların sosial inkişaflarına mane olur.

Verlişi tam dinləmək üçün:

XS
SM
MD
LG