Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:32
Kənd Təsərrüfatı nazirliyinin təyin etdiyi komissiya mal-qaranın kütləvi xəstəliyi ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Samuxa səfər edən Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin baş mütəxəssisi Ramiz Cəbrayılov məlumat verib. Samuxdakı təsərrüfatlarda araşdırmaya başlandığını deyən nümayəndə heyvanlardan qan analizlərinin götürüldüyünü və digər profilaktik müayinələr aparılacağını bildirdi.

R. Cəbrayılovun dediyinə görə, xəstəlik əsasən Aran rayonlarında üstünlük təşkil edir.

Baş mütəxəssis əlavə edir ki, sevindirici haldır ki, xəstəlik təkcə Samux rayonu ərazisində 6500 heyvanda müşahidə olsa da, bir dənə belə mal-qara tələf olmayıb.

Ramiz Cəbrayılov deyir ki, monitorinqlər təsərrüfatçılığın intensiv olduğu digər rayonlarda da aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG