Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 19:02

Dəfn müavinətləri artır


-
Azərbaycanda əmək pensiyalarının baza hissəsi artdığından dəfn müavinətləri də 17.6% artacaq. Bu məbləğ 300 manata çatdırılacaq.

apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Hazırda dəfn müavinəti əmək pensiyanın baza hissəsinin 3 misli həcmində (255 manat) ödənilir.

S.Müslümov deyib ki, dəfn müavinətləri üçün il ərzində büdcədən 2.25 mln. manat ayrılır.

Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsini 85 manatdan 100 manatadək artırılmasına dair sərəncam verib.
XS
SM
MD
LG