Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:00

İndiyə qədər kimyəvi silahladan bu qədər adam ölüb

Ehtimallara görə kimyəvi silahlardan ilk dəfə I Dünya müharibəsi zamanı - 1914-cü ildə istifadə edilib və o vaxtdan bəri azı 1.5 milyon adamın ölümünə, ya da yaralanmasına səbəb olub. I Dünya müharibəsi zamanı daha çox xlor, xardal qazlarından, fosgen maddəsindən, II Dünya, Vyetnam müharibələrində napalm bombalarından, İran-İraq müharibəsində zarin qazından istifadə olunub. Bu ölümsaçan maddədən 1980-ci illərdə Saddam Huseyn rejimi kürd əhalisinə qarşı da istifadə edib. Hazırda Suriyada gedən vətəndaş müharibəsində də zarin qazından istifadə edildiyi və yüzlərlə adamın həlak olduğu bildirilir. 1925-ci ildə imzalanmış Cenevrə protokolu və 1992-ci ildə imzalanmış Kimyəvi Silahlara dair Konvensiya ilə kimyəvi silahlardan istifadə olunması qadağan edilib.

Bölmələr

XS
SM
MD
LG