Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Həcc ziyarəti oktyabrın 3-dən başlayır


Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfərlərinin başlanma tarixi dəyişib.

APA-nın məlumata görə, Həccə ziyarəti oktyabrın 2-dən yox, 3-dən başlayacaq.

Buna səbəb səfər uçuşlarını həyata keçirən aviaşirkətin uçuş şərtlərində dəyişiklik etməsidir. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.

Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın «France Air» aviaşirkəti təşkil edir.

Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.

Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.

Ümumilikdə, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.
XS
SM
MD
LG