Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:29

Obama Suriyaya qarşı hərbi güc barədə qərar qəbul eləməyib


Barack Obama
Barack Obama
Prezident Barack Obama Suriyaya qarşı hərbi güc tətbiq edilməsi barədə qərar qəbul eləməyib.Reutersin məlumatına görə, bunu Ağ evin nümayəndəsi bəyan edib.

Pentaqonun rəhbəri Chuck Hagel bundan əvvəl prezidentin göstərişi olacağı halda ordunun hərbi akta hazır olduğunu demişdi.

ABŞ-da daxil olmaqla bir sıra qərb ölkələri Suriya rejimini kimyəvi silah işlətməkdə günahlandırır.

Suriya hökuməti ittihamı rədd edir. Həmçinin Rusiya Suriya rejiminin kimyəvi silah işlətməsi barədə heç bir sübut olmadığını deyir.
XS
SM
MD
LG