Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 00:43

12 metrlik «rezin ördək» Bakıya gəlir - [Video]


Rəssam Florentijn Hofmanın hazırladığı «rezin ördək» (Rubber Duck) Hong Kong-da
-
Sentyabrın 5-də danimarkalı rəssam Florentin Hofmanın məşhur əsəri Bakıda sərgilənəcək.

Muzeyə, sərgi salonuna yerləşməyən əsərləri haqda Hofman bunları deyir:

«İncəsənət əsəri nə qədər böyük olsa, o qədər cəlbedicidir... Vərdiş etdiyimiz ölçülər yaxşıdır, lakin incəsənət əsəri çox böyük olduqda daha əyləncəli görünür».

«Rezin ördək» Bakıya YARAT Müasir İncəsənət Mərkəzi tərəfindən gətirilir.

«Rezin ördək» təmxinən 1 ay Bakı Bulvarında «üzəcək».

Adətən küçələrdə, meydanlarda, dəniz və okean sularında görünən Florentin Hofmanın əsərləri daha çox heyvanlara həsr edilib.

Onun əsərləri arasında nəhəng dovşana, ayına, itə, pinqivinə də rast gəlmək olar.

Sydney-də üzən «Rezin ördək»:


Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG