Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 15:57

İsa Qəmbər namizədliyini geri götürdü


-
Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizədliyini geri götürüb.

Avqustun 26-da Müsavat Divanının toplantısında bu məsələ müzakirə olunub.

Başqan müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, toplantıda İsa Qəmbərin seçki qərargahının Milli Şuranın yeni namizədi Cəmil Həsənlinin seçki qərargahına çevrilməsi qərara alınıb.

Müsavat Məclisi bu il yanvarın 4-də İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürülmüşdü.

Partiya Milli Şurada təmsil olunduğu üçün İsa Qəmbərin indiyə kimi namizədliyini geri götürməməyi müzakirələrə səbəb olmuşdu.
XS
SM
MD
LG