Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Avqust, bazar, Bakı vaxtı 03:13

Dağlıq rayonlarda yağış yağacaq


-
Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 25-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.
XS
SM
MD
LG