Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 13:49

Raket qəzasına görə Rusiyanın kosmik idarəsində 3 nəfər rəsmi işini itirdi



Rusiyanın Proton-M kosmik raketinin uğramasına görə Xruniçev Kosmik Araşdırmalar və İstehsal Mərkəzinin 3 yüksək vəzifəli rəsmisi işdən azad edilib. Bu barədə Rusiya Baş nazirinin müavini Dmitry Roqozin avqustun 23-də jurnalistlərə məlumat verib.

Baş nazirin müavini deyir ki, həmin mərkəzin bir neçə başqa rəsmisi də inzibati cəzalara layiq görülüblər. O, araşdırmanın hələ sentyabra qədər davam edəcəyini deyib.

Rusiyanın insansız kosmik gəmisi bu ilin iyulunda Qazaxıstandakı Baykonur kosmodrumundan havaya buraxılandan az sonra yerə düşmüşdü. Yerli media Rusiyanın bu qəzada 200 milyon dollar itirdiyini yazır.
XS
SM
MD
LG