Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Əfqanıstanda 16 nəfərin qətlində ittiham olunan ABŞ əsgəri üzr istəyir




Əfqanıstanda 16 nəfəri öldürməkdə ittiham olunan ABŞ əsgəri Robert Bales avqustun 22-də keçirilən məhkəmə prosesində son sözündə hərəkətindən peşiman olduğunu deyərək qurbanların yaxınlarından üzr istəyib. Vaşinqtonda hərbi bazada keçirilən məhkəmə prosesində Bales hərəkətini qorxaqlığının nəticəsi adlandırıb.

39 yaşlı əsgər 2012-ci ilin martında Qəndəhar əyalətində 16 nəfər dinc sakini qətlə yetirməyə görə saxlanıb. Bundan əvvəlki məhkəmə proseslərində o, günahkar olmadığını deyirdi. Bu ilin iyun ayında isə Bales ölüm hökmündən can qurtarmaq üçün günahkar olduğunu etiraf edib.

Yaxınlarda hakimlər əsgərin işi ilə bağlı yekun qərarlarını verəcəklər.
XS
SM
MD
LG