Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 00:44

Kadyrov Çeçenistanda ən hündür binanı tikmək planını təsdiq edib




Çeçenistanın lideri Ramzan Kadyrov avqustun 22-də ölkəsində ən hündür binanın tikilməsi barədə planı təsdiq edib. Plana görə 400 metr hündürlüyündə bina 80 mərtəbədən ibarət olacaq.

Hazırda Çeçenistanda ən uca binanın hündürlüyü 145 metrdir.

Bina Ramzanın atası, Çeçenistanın keçmiş prezidenti Akhmed Kadyrovun şərəfinə “Akhmed Qülləsi” adlanacaq.

Binada 2004-cü ildə öldürülmüş Akhmed Kadyrov-un muzeyi, hotel, restoranlar, oficlər, əyləncə mərkəzləri, hovuzlar və 100 məxsusi mənzil olacaq.

“Akhmed Qülləsi” qarşıdakı 3 il ərzində tikilib istifadəyə verilməlidir.
XS
SM
MD
LG