Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:19

Mehriban Əliyevanın namizədliyi irəli sürüldü


Mehriban Əliyeva
Mehriban Əliyeva
«Vətən Naminə Xalq Birliyi» Hərəkatı bu ilki prezident seçkilərinə deputat Mehriban Əliyevanın namizədliyini irəli sürür.

Bu haqda qurumun yaydığı bəyanatda deyilir.

Hərəkat prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın tələblərinə cavab verə biləcəyinə şübhə etdiyini bildirir. Bu səbəbdən M. Əliyevanın namizədliyini ən məqbul sayırlar. Hərəkat apardığı sorğunun nəticələrinə görə M. Əliyevanın xalq arasında böyük nüfuza, etibara malik olduğunu iddia edir, ölkənin bütün problemlərinin öhdəsindən gələcəyini vurğulayır:

«Xalqın, vətənin gələcəyi naminə M. Əliyevanın namizədliyini dəstəkləyir, bu yolda bütün imkanlardan istifadə etməyi qarşıya məqsəd qoyuruq», deyə müəlliflər bildirir.

Müəlliflər qəbul etdikləri qərarın bu günün tarixi tələbindən irəli gəldiyini deyərək, M. Əliyevanın müsbət cavab verəcəyini bəyan edirlər.

«Vətən Naminə Xalq Birliyi» Hərəkatı 2013-cü ilin iyununda «Tövbə» cəmiyyətinin, «İmam Hüseyn» dini icmasının sədri Hacı Əbdülün başçılığı altında yaradılıb.

Hərəkata «Tövbə» cəmiyyətilə yanaşı, «Bakı-Dirçəliş», «Azərbaycan Tərəqqi Alyansı» və s. qurumlar daxildir.
XS
SM
MD
LG