Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:22

1 milyona yaxın uşaq Suriyadan qaçmaq məcburiyyətində qalıb


Arxiv foto
Arxiv foto
2 milyon suriyalı uşaq yaşadığı yeri tərk edib. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNİCEF məlumat yayıb.

Bu arada BMT baş katibi Ban Ki-moon Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı xəbərlərin təcili araşdırılmasının vacib olduğunu deyib.

Cənubi Koreyanın paytaxtı Seulda çıxış edən Ban Ki-moon deyib ki, «hökumət, ya müxalifət qüvvələri olsun, heç bir tərəfin bu məsələnin aydınlaşdırılmasına qarşı çıxacağını zənn etmirəm».

BMT-nin baş katibi bildirib ki, dünyanın hər hansı yerində kimyəvi silahdan istifadə olunması dövlət hüququna ziddir. İnsanlığa qarşı belə bir cinayət törədənlər ciddi cəzalanmalıdır.

Bundan əvvəl Fransanın xarici işlər naziri Laurent Fabius demişdi ki, əgər kimyəvi silahdan istifadə olunması ilə bağlı iddialar təsdiqlənərsə, Suriyaya qarşı güc tətbiq olunmalıdır. Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu isə «Suriyada bütün qırmızı xətlərin keçildiyini» bildirmişdi.

Suriya müxalifəti Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunduğunu, yüzlərlə adamın öldüyünü iddia edir.

Suriyada 28 aydır davam edən qanlı toqquşmalarda 100 mindən çox adamın öldüyü bildirilir.
XS
SM
MD
LG