Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:57

Milli Şura bu gün qərar verməyə toplaşır



Demokratik Qüvvələrin Milli Şurası sessiyanın vaxtını dəyişib. Avqustun 26-da keçirilməli olan sessiya bu gün – avqustun 23-də olacaq. Saat 16-da Müsavat Partiyasının mərkəzi qərargahında işə başlayacaq sessiyanın gündəliyinə Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdirilməsi və təşkilati məsələlər daxildir.

Məlumatı «Media forum» saytına Milli Şura Aparatının mətbuat xidməti verib.

Şuranın sessiyasının üç gün qabağa çəkilməsi məsləhətləşmələrdə qərara alınıb.

Demokratik Qüvvələrin Milli Şurası iyunun 7-də yaradılıb. İyulun 2-də şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə vahid namizədi elan olunub. Ancaq Moskvada yaşayan Rüstəm İbrahimbəyov Azərbaycana gəlib seçkiyə qatıla bilmir. Buna görə də Milli Şura prezidentliyə ehtiyat namizəd müəyyənləşdirməyə qərar verib.
XS
SM
MD
LG