Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 16:02

II Garegin Allahşükür Paşazadəyə müraciət edib


Karekin II
Bütün ermənilərin katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə məktub göndərərək, Azərbaycanda əsirlikdə olan Ermənistan əsgərinin qaytarılmasına yardım etməyi xahiş edib.

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Eçmiədzin kilsə dəftərxanasının mətbuat katibi Vaqram Melikyan bildirib.II Qaregin məktubunda QMİ sədrindən erməni əsir Akop İnciqulyanın Ermənistana qaytarılmasına kömək etməyi xahiş edib.

Vaqram Melikyanın sözlərinə görə, II Qaregin bu məsələdə vasitəçilik etmək üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirillə də müraciət edib.
XS
SM
MD
LG