Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

Yazıçılar Birliyinin üzvləri üçün bina inşa oluna bilər


Azərbaycan Yazıçılar Birliyi öz üzvləri üçün bina tikməyi planlaşdırır. Bununla bağlı AzadlıqRadiosuna AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.

Birliyin yazıçı və şairlərə ev tikilməsi ilə bağlı müraciətindən sonra 2009-cu ilin iyulunda Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon ərazisində torpaq sahəsi ayırıb:

«Lakin həmin vaxt AYB-nin binanın inşası üçün imkanı yox idi deyə, biz gözləmə mövqeyində olduq. Hazırda AYB qərara gəlib ki, mənzili olmayanlar hər ay müəyyən məbləğ ödəməklə, korperativ binanı inşa edə bilərik. Bunun üçün hər hansı tikinti şirkəti ilə müqavilə bağlayaq, hər ay əldə olunan məbləği ödəmək şərti ilə. Ölkə prezidentinə binanın inşası üçün əlavə köməklik üçün yenidən müraciət edəcəyik».

Ədalət Əsgəroğlu bildirib ki, binanın inşası ilə bağlı hazırda danışıqlar gedir.
XS
SM
MD
LG