Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 02:44

Bu il dövlət büdcəsinə 9,5 milyard manat daxil olub


Cari ilin 7 ayında Azərbaycanın dövlət büdcəsinə 9,5 milyard manat daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən 7 ayda 8,7 milyard manat xərclənib. Bu isə 2012-ci ildəkindən 22,8 faiz çoxdur.

Dövlət büdcəsindən xərclənən vəsaitin böyük əksəriyyəti – 44 faizi iqtisadiyyata, 10 faizi əhalinin sosial müdafiəsi və sosial təminatına, 9,6 faizi təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

Təxminən 20 faiz (1657,3 milyon manatı) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri üçün xərclənib.
XS
SM
MD
LG