Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:36

Guardian qəzeti Snowdendən aldığı materialları məhv edib


Alan Rusbridger
Alan Rusbridger
Britaniya hakimiyyəti Guardian qəzetinin əməkdaşlarını ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowdendən alınmış məxfi materialları məhv etməyə məcbur edib.

Bu barədə çərşənbə axşamı qəzetin baş redaktoru Alan Rusbridger məlumat verib.O həmin diskin məxfi xidmətin 2 əməkdaşının iştirakı ilə qəzetin ofisində məhv edildiyini deyir.O bu materialların qəzetdə dərcindən sonra hakimiyyət tərəfindən təqiblərə məruz qaldıqlarını deyir.

Edvard Snowdendən bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb.

Bundan sonra o ölkədən Honkonqa, ordan isə Rusiyaya qaçıb. Rusiya bu günlərdə ona siyasi sığınacaq verib.
XS
SM
MD
LG