Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:44

Bu gündən rusiyalı məmurların xaricdə bank hesabı olmamalıdır


Foto arxiv
Foto arxiv
Rusiyada məmurların xaricdə bank hesabı olmasına qoyulmuş qadağa bu gündən qüvvəyə minib.Məmurların bu cür hesabları bağlaması və ya istefa ərizəsi verməsinə 3 ay vaxt ayrılmışdı.

İtar-Tassın mlumatına görə bu səbəbdən prezident administrasiyası və ya hökumət aparatında istefa ərizəsi verənlər olmayıb.

Amma Rabitə nazirliyinin sədr müavini Denis Sverdlov bu qanundan sonra istefa verib.
Bundan başqa Federasiya şurasının bir sıra deputatı mandatlarını təhvil veriblər.Dövlət Dumasının bir sıra deputat isə qanuna etiraz olaraq deputatlıqdan gediblər.

Qanunu pozanlar etimadı itirdiyinə görə, işdən azad olunacaqlar. Bundan başqa məmurlar illik gəlirləri barədə hesabat verməli olacaqlar.
XS
SM
MD
LG