Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Seçicilər dəyişiklik gözləyir


2009-cu il bələdiyyə seçkiləri
2009-cu il bələdiyyə seçkiləri
-
«ADAM» Sosioloji Xidməti iyunun 25-dən iyulun 25-nə qədər ictimai rəy sorğusu keçirib. Sorğu «Demokratik Jurnalistlər Liqası» təşkilatının «Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri» layihəsi çərçivəsində keçirilib. Sorğunu ABŞ-ın German Marşal Fondu – Qara Dəniz Regional Əməkdaşlıq (The Black Sea Trust – the Regional Cooperation, BST, German Marshall Fund) təşkilatı maliyyələşdirib.

DEMOKRATİYANIN TƏRƏFDARLARI VƏ ƏLEYHDARLARI

Respondentlərin təxminən yarısı (47.8%) qeyd-şərtsiz ölkənin demokratiya yolu ilə inkişaf etməsini arzu edir. Qalan yarısı isə ya demokratiyanın «spesifik milli» yolunu tapmağa çalışır (35.8%), ya da demokratiya olarsa, ölkədə xaos başlayacağından ehtiyat edir (8.9%). 5 faizə yaxın isə demokratiyanın ancaq bəla gətirdiyini düşünür, ümumiyyətlə onu qəbul etmir (4.8%).

Respondentlərin yarısından azı (42.7%) bilir ki, ölkə Konstitusiyasına əsasən, xalq ölkədə hakimiyyətin mənbəyidir. Qalan hissəsi isə yanlış olaraq hesab edir ki, onların ölkəsində hakimiyyətin mənbəyi müxtəlif dövlət hakimiyyət institutları – prezident (37.0%), parlament (5.1%), hökumət (3.4%) və s.-dir.

ƏKSƏRİYYƏT DEMOKRATİK İDARƏETMƏNİ SEÇİR...

Respondentlərin böyük hissəsi (65.3%) ölkədə demokratik, azlıq isə (24.6%) avtoritar idarəetməni üstün tutur. Hər onuncu respondent (10.1%) isə öz prioritetini müəyyən etməyib.
Foto: Arxiv
Foto: Arxiv

DEMOKRATİK TƏFƏKKÜR AİLƏDƏ BAŞLAYIR

Respondentlərin 62.4%-i hesab edir ki, ər həmişə mühüm ailə işlərində həyat yoldaşının fikrini nəzərə almalıdır. 36.9% isə düşünür ki, həyat yoldaşının fikrini bəzən nəzərə almaq lazımdır. Bu 36.9%-in də 5.8%-i həyat yoldaşının qətiyyən fikrini nəzərə almamağın tərəfdarıdır.

SÖZ AZADLIĞI

«Söz azadlığının cəmiyyətin normal fəaliyyəti üçün zəruri şərt olduğu»nu respondentlərin 57.8%-i qəbul edir. Qalan hissəsi isə ya hesab edir ki, onsuz da layiqincə yaşamaq olar (31.2%), yaxud da düşünür ki, o, ümumiyyətlə lazım deyil, çünki ölkədə xaos yaradır (7.6%).

Respondentlərin 38.6%-i ölkədə söz azadlığının səviyyəsini «yüksək» qiymətləndirib. 57.2% isə onun səviyyəsini «aşağı» qiymətləndirir. İkincilərin də 20.7%-i ümumiyyətlə ölkədə «söz azadlığının olmadığını» deyir .

SEÇKİ, YA SABİTLİK?

Foto: Arxiv
Foto: Arxiv
Respondentlərin əksəriyyəti (60.2%) azad və ədalətli seçkilər keçirilməsinin cəmiyyətin normal inkişafının zəruri şərti hesab edir. Qalanları isə düşünür ki, cəmiyyət seçkilərsiz də keçinə bilər, onlar üçün əsas ölkədə sabitlik və vətəndaşların yüksək maaş almalarıdır.

«Necə hesab edirsiniz, Azərbaycan hansı yolla inkişaf etməlidir» sualına cavabda respondentlər daha çox «Qərb ölkələrinin, o cümlədən Türkiyənin yolu ilə» (34.8%) cavabını veriblər. Daha sonra «öz yolumuzla» (26.2%), «ərəb neft ölkələrinin yolu ilə» (13.6%), «keçmiş SSRİ yolu ilə» (13.4%), «MDB ölkələrinin (Rusiya, Belarus, Qazaxıstan və s.) yolu ilə» (5.1%) cavabları gəlib.

Respondentlər Azərbaycanda hazırkı idarəetmə sistemini də səciyyələndiriblər. Respondentlərin böyük bir qrupu onu «saxta demokratiya» (38.1%), 26.3 faiz isə «yarı-demokratiya və ya məhdud demokratiya» adlandırıb. Bundan başqa «vəhşi kapitalizm və ya anarxiya» (18.3%) və ya «sovet sistemindən demokratiya və azadlığa keçid dövrü» (9.9%) adlandıranlar da olub. Kiçik bir qisim isə «tam və əsl demokratiya» (1.8%) adlandırıb.
İsa Qəmbər
İsa Qəmbər

Baxmayaraq ki, respondentlərin 31.7%-i ölkənin hazırkı hakimiyyəti haqqında qənaətbəxş rəy bildirib, rəyi soruşulanların əksəriyyəti onu mənfi qiymətləndirib (63.9%).

İSA QƏMBƏR 29%, İLHAM ƏLİYEV 26%

«Siz kimi prezident görmək istəyirsiniz» sualına isə belə cavab verilib. Müsavat partiyasının sədri İsa Qəmbər (29.0%), hazırkı prezident İlham Əliyev (26.0%), Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov (16.5%), Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli (6.5%), Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva (5.8%), Liberal Partiyanın lideri Lalə Şövkət (3.6%), EL Hərəkatının sədri Eldar Namazov (1.4%) səs alıb. Seçkilərdə səs verməyə hazır olanların 8.6%-i cavab verməyə çətinlik çəkib.

«Rəy» Monitorinq Mərkəzi isə bir müddət əvvəl keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 81.2 faizi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirirdi. Mərkəz sorğunu öz resursları hesabına apardığını vurğulayırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG