Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:06

Azərbaycan avtomobil istehsalı 3 dəfə coxalıb


-
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 3.4 dəfə artıqdır.

Trend
-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında Azərbaycanda 147 yük maşını istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72.9 faiz çoxdur.

Minik və yük maşınları istehsalında olan artıma baxmayaraq, yanvar-iyul aylarında traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 415 traktor istehsal edilib. Bu da 2012-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 22.6 faiz aşağıdır.
XS
SM
MD
LG