Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 05:30

KXCP Gədəbəy rayon şöbəsinin sədri həbs olunub


Ceyhun Səfərov
-
KXCP Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərova 15 sutka həbs kəsilib.

Bu barədə KXCP Ali Məclisinin üzvü Əli Abdullayev məlumat verib. Onun dediyinə görə, Ceyhun Bakıda Milli Şuranın 18 avqust mitinqinə dəstək məqsədilə rayonda 500 nəfərlik aksiya keçirmək üçün rayon icra hakimiyyətinə müraciət etmişdi.

Gədəbəy rayon polis şöbəsi rəisinin müavini Bəhmən Məmmədovun bildirdiyinə görə, Ceyhun Səfərov aksiya ilə bağlı deyil, içkili olduğu üçün saxlanıb və daha sonra polisə dirəndiyi və sərxoş halda nalayiq hərəkətlər etdiyi üçün məhkəmə qərarı ilə ona 15 sutka həbs cəzası kəsilib.
XS
SM
MD
LG