Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

6 ayda Əfqanıstanda 1300 mülki vətəndaş ölüb


Talibanın son iki hücumu nəticəsində Əfqanıstanda azı 14 nəfər ölüb. Hilmənd vilayət administrasiyasının məlumatına görə, avqustun 17-də səhər saatlarında 5 nəfər Marca rayonunda yola qoyulmuş bombanın partlaması nəticəsində ölüb.

Cümə günü gecə yaraqlıların Herat rayonu ərazisindəki tikinti şirkətini atəşə tutması nəticəsində isə 9 şirkət əməkdaşı həlak olub.

BMT-nin məlumatına görə, ilin ilk altı ayı ərzində hücumlar nəticəsində Əfqanıstanda 1300 mülki vətəndaş ölüb, 2500-dən çox adam yaralanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çoxdur.
XS
SM
MD
LG