Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:26

YAP avqustun 20-də imzaları MSK-ya təqdim edəcək


-
Yeni Azərbaycan Partiyası (YAP) prezident İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza işlərini yekunlaşdırır.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, 84 rayon-şəhər təşkilatlarında 125 dairədən imzaların toplanması işləri son mərhələdədir:

«Avqustun 16-dək Yeni Azərbaycan Partiyasının seçki qərargahına 37 min 800 imza daxil olub və ekspert yoxlamasından keçib. Az miqdarda imza vərəqələri qalıb ki, onlar da uzaq rayonlardan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yola salınıb».

S.Novruzov deyib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq imzalar səhifələnib protokollaşdırılacaq. İmzalar seçki gününə ən tez 50 gün, ən gec 30 gün qalmış təqdim olunmalıdır:

«Biz 50 gün qalmış, yəni avqustun 20-də imzaları Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik».

Xəbəri AzərTac yayıb.
XS
SM
MD
LG