Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Məhkəmə Müsavat fəalını həbsdə saxladı


-
Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının şikayətinə baxılıb. Apellyasiya şikayəti təmin olunmayıb.

Məlumatı AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev verib.

Avqustun 7-də Tural Abbaslı 15 sutka inzibati cəzaya məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib.

Tural Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib.

O, yanvarın 12-də Bakının mərkəzində etiraz aksiyasında iştirak etdiyi üçün 600 manat cərimə olunmuşdu.

Məhkəmədə T.Abbaslı ictimai işlərdən imtina etmədiyini bildirib. Deyib ki, 41 saylı MKİİ-də olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib.
XS
SM
MD
LG