Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Misirdəki vəziyyət Qəbələdə müzakirə olundu


-
Türkdilli dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı bəyanat qəbul olunub.

Bu haqda XİN-in mətbuat xidməti məlumat verib.

Bəyanatda deyilir:

«Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik».

XİN rəhbərləri Misirdə təmkin və barışığın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır, təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırlar.
XS
SM
MD
LG