Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 03:33

ABŞ Misirlə birgə hərbi təlimləri təxirə salıb


Barack Obama
ABŞ prezidenti Barack Obama Misirin olduqca təhlükəli yol tutduğunu bildirib və ölkədə dinc sakinlərə qarşı zorakılıqları kəskin pisləyib.O buna görə Misirlə nəzərdə tutulmuş birgə hərbi təlimləri təxirə salıb.Obama Misirdəki müvəqqəti hökumət və təhlükəsialik qüvvələrinin hərəkətini kəskin tənqid edib.

Amma o Misirə 300 milyon dollarlıq hərbi yardımın dayandırılıb-dayandırılmaması barədə bir şey deməyib.

Misir ordusu ölkədə etiraz aksiyalarını dağıdarkən 500-dən çox adamın öldürüldüyü bildirilir.

ABŞ, BMT, Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə ölkədə qan tökülməsini təcili dayandırmağa çağırıblar.
XS
SM
MD
LG