Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:09

İsrail 26 fələstinli məhbusu azad edib


Foto arxiv
Foto arxiv
Onlar İsrail-Fələstin danışıqlarının bərpası çərçivəsində azad olunub.İsrail ümumilikdə 4 mərhələdə 104 fələstinli məhbusun azad ediləcəyini vəd edib.

Bu gün Qüdsdə İsrail-Fələstin danışıqlarının ikinci mərhələsi keçirilir. Danışıqların birinci mərhələsi iyulun 30-da Vaşinqtonda keçirilib.

İsrailin işxal elədiyi Fələstin ərazilərində tikinti işlərini davam etdirməsinə görə, danışıqlar 2010-cu ildən dayandırılmışdı.

İsrail ötən bazar yenidən həmin ərazilərdə yəhudi qəsəbələrinin tikintisinin davam etdiriləcəyini bəyan edib.
XS
SM
MD
LG