Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Prezident İsmayıllıda bir neçə müəssisənin açılışında olub


Avqustun 14-də prezident İlham Əliyevin İsmayıllıya səfəri çərçivəsində bir sıra müəssisələr açılıb.

AzərTAc-ın məlumatına görə, prezident tikiş fabrikinin açılışına qatılıb. Müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqların quraşdırıldığı, ikinövbəli iş rejimində 104 nəfərin çalışacağı bildirilib.

Həmçinin Sumağallı kəndi yaxınlığında inşa edilən «İsmayıllı-1» Su Elektrik Stansiyası açılıb.

Bu gün İsmayıllı şəhərində yeni avtovağzal da istifadəyə verilib. Ümumi ərazisi 0,26 hektar olan avtovağzalda 48 nəfərlik 4 perron inşa edilib. Burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək.

Prezident İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışına da qatılıb.
XS
SM
MD
LG