Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:38

Mehman Əliyev Milli Şuranın ehtiyat vahid namizədindən danışdı


Mətbuat icmalı
Mətbuat icmalı
-

ƏLİ KƏRİMLİ: «BİR İMZA İLƏ HƏLL OLUNAN MƏSƏLƏ»

AXCP sədri Əli Kərimlinin müsahibəsini «Azadlıq» qəzeti dərc edib.

- Siz, Rəsul Quliyev, İsa Qəmbər, Lalə Şövkət neçə illərdir proseslərin içindəsiniz. Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyəndə bilmirdiniz ki, onun Rusiya vətəndaşlığı var? Niyə üç gün sonra bildiniz?

- Həmişə belədir. Uğursuzluq olanda özündənrazı, ağıllı adamlar çox tapılır, hamıya dərs verməyə başlayırlar. Bu ilin mart ayında - Milli Şuranın yaranmasından iki ay öncə danışıqlar aparırdıq. O zaman bizim daxili müzakirələrimizdə bu söhbət olub. Bir hüquqşünas qrupu olmalıdır, bu qrup həm vətəndaşlıq, həm də başqa ölkə qarşısında öhdəliyin olmamasıyla əlaqəli sənədləri hazırlayıb, təqdim etməlidir. Mart ayında bu barədə daxili qərarımız olub. Deyildi ki, hüquqşünaslar bu işlə məşğuldur və problem olmayacaq. Ancaq onu da etiraf edək ki, Milli Şuranın təsis olunması xeyli ləngidi. İyul ayının 2-də Rüstəm bəyin namizədliyini rəsmən irəli sürə bildik. Bundan sonra yalnız müraciət edə bildi. Ardınca da bürokratik maneələr işə düşdü. Rusiya qanunvericiliyi bu işə baxılması üçün müəyyən müddət ayırıb. Ancaq kim deyir ki, bu müddətin məhz sonuncu günü baxılmalıdır bu işə. Bu, bir imza ilə həll olunan məsələdir.

RUSİYA PREZİDENTİNİN 7 İLLİK FASİLƏDƏN SONRA GƏLİŞİNİN SİRRİ

«Yeni Müsavat» qəzeti Rusiya prezidenti Vladimir Putin-in Bakıya səfərini belə şərh edir:

«Kreml anlayır ki, perspektiv planda Azərbaycanı itirib və Bakı artıq heç bir zaman Moskvanın forpostu olmayacaq. Odur ki, ona Bakının Rusiyaya doğru bir addım atması da Kremlə Obama qarşısında lovğalıq etməyə əsas verəcək. Bir sözlə, Bakı Moskvaya doğru cəmi bir addım atır, Kreml isə İlham Əliyevin üçüncü prezidentliyinə «yaşıl işıq» yandırır. Hər şey bu qədər bəsitdir.

Moskva bu dəfə də ənənəsinə sadiqdir. Öz nüfuz agentlərini qurban verir. Bundan ruhlanan Azərbaycan hakimiyyəti növbəti gurultulu həbslərə hazırlaşır və Kremlin maraqlarına xidmət etməyə hazır olan bütün simalarının «kəlləsini alaraq», yalnız özünün Rusiyanın dostu olaraq qalmasında israr edir. V. Putin-in Bakıya səfəri ərəfəsində həbslər dalğasının Rusiyapərəstlərə şamil edilməsi də Moskva və Bakı arasında ilkin razılaşmanın olduğunu deməyə əsas verir».

MEHMAN ƏLİYEVDƏN MİLLİ ŞURA İLƏ BAĞLI AÇIQLAMA

Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev «Yeni Müsavat»a müsahibə verib. «Milli Şuranın prezidentliyə digər namizədi və ya namizədləri ilə bağlı təkliflərin nəzərə alınmamasının səbəbi nə oldu?» sualını belə cavablandırıb:

- Deyək ki, sabah siyasi partiyalar hansı qərarı verəcək, bu, məlum deyil. Çünki o iclasdan sonra siyasi partiya rəhbərləri öz aralarında görüş keçirib, vaxtaşırı da belə görüşlər olur. Həm də əsas güc orda formalaşır. Ya siyasi partiyalardan birinin lideri qabağa düşəcək, ya bir neçəsi eyni zamanda seçkilərə qatılacaq, ya da Milli Şuranın ehtiyat namizədi ortalığa çıxacaq. Hələlik bunu demək mənimçün tezdir. Ancaq bu cür müzakirələr, fikirlər oldu.

- Sizin də adınız ehtiyat vahid namizəd kimi çəkilirdi, ancaq deyəsən, Milli Şuranın son iclasında Cəmil Həsənli, Rafiq Əliyev və Gültəkin Hacıbəylidən danışılıb.

- Yox, orda üç nəfərin, daha sonra Gültəkin xanımın adı çəkilib və olub dörd. Cəmil Həsənli namizədliyini geri götürüb, deyib mən iştirak etmək istəmirəm, Rafiq Əliyevə gəldikdə, son dəfə onun müsahibəsini nə vaxt görmüsünüz? Yəni bu proseslərdən çəkilib, uzaqlaşıb. Deməli, bu prosesdə yoxdur və qatılacağı da inandırıcı deyil. Qaldı Mehman Əliyev və Gültəkin Hacıbəyli.

AZƏRBAYCANDA MÜXALİFƏTİN RADİKAL QANADI İFLASA MƏHKUMDUR

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:

«... Müxtəlif partiyaların namizədləri sənədlərini MSK-ya təqdim ediblər, radikal qanadda isə biz daxili birliyin və vahid mövqenin olmadığını görməkdəyik. Onların namizəd kimi müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyovun sənəd problemləri var. Eləcə də, bu düşərgədə digər iddialı şəxslər var ki, onlar da hələ qəti qərara gələ bilməyiblər. Əlbəttə, radikallığın sonu həmişə cəmiyyətdə məğlubiyyətlə nəticələnir. Çünki radikallığın içərisində ambisiyalar gizlənir. Düşünürəm ki, bu seçkilər radikalların ideoloji və siyasi baxımdan iflası demək olacaq... Ona görə də, müxalifətin radikal qanadını özündə birləşdirən «Milli şura» kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG