Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:18

«Azadlıq»ın saytına haker hücumu olub


-
«Azadlıq» qəzetinin saytına – www.azadliq.info; www.azadliq.az-a haker hücumu olub. Hücum DDOS tiplidir.

Bu barədə qəzet rəsmi «Facebook» səhifəsində məlumat yayıb.

Hücumun hazırda davam etdiyi bildirilir. Saniyədə 500Mb/s sürətlə minlərlə IP-dən sayta hücumlar təşkil olunur. Hücum müddətində sayta hətta saniyədə 6000 qoşulma da qeydə alınıb.

Hücumların qarşısını tam almaq mümkün olmasa da, serverin mütəxəssisləri saytın fəaliyyətini qoruya bilib.

Hazırda «Azadlıq» qəzetinin saytı açılmır.
XS
SM
MD
LG