Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:54

Məscidə hücum nəticəsində 40-dan çox adam ölüb


Nigeriyada məscidə edilmiş hücum nəticəsində 40-dan çox adam öldürülüb, 20-dən çox adam yaralanıb. Borno ştatının hakimiyyəti ötən bazar Konduqa şəhərində məscidə toplaşan insanların atəşə tutulduğunu bildirir.

Regionda kommunikasiya əlaqəsinə məhdudiyyət qoyulduğundan bu barədə indi məlumat verilir. Məhdudiyyətə səbəb isə regionda tətbiq edilmiş fövqəladə vəziyyət rejimidir. Hazırda həkumət qoşunları ölkənin şimal-şərqində islamçı yaraqlılara qarşı irimiqyaslı əməliyyat aparır.

Bu hücumu regionda müstəqillik uğrunda mübarizə aparan Boko-Haram qrupunun törətdiyi ehtimal olunur. Adətən xristian kilsələrinə hücum edən yaraqlılar hərdən müsəlmanları da hədəf seçirlər.
XS
SM
MD
LG