Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 14:25

ABŞ İsraillə Fələstini dialoqu davam etdirməyə çağırıb


John Kerry
ABŞ Dövlət katibi John Kerry fələstinliləri İsrailin Şərqi Qüds və İordan Çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirəcəyi ilə bağlı son bəyanatına neqativ reaksiyadan çəkinməyə çağırıb. Kerry tərəflərin dialoqu davam etdirməsinin vacibliyini bildirib.

Çərşənbə günü Qüdsdə növbəti İsrail-Fələstin danışıqları başlanmalıdır. Danışıqların 1-ci mərhələsi 2 həftə əvvəl Vaşinqtonda keçirilib.

İsrail isə bu arada-ötən bazar günü işxal edilmiş Fələstin ərazilərində tikinti işlərinin davam etdiriləcəyini bəyan edib. Məhz İsrailin bu planına görə sülh prosesi 2012-ci ildən dayandırılmışdı.
XS
SM
MD
LG