Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:55

Tofiq Yaqublunun həbs müddəti uzadıldı


Tofiq Yaqublu
Tofiq Yaqublu
Avqustun 13-də Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkəməsi keçirilib. Nəsimi Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli məlumat verib:

«Həbs qətimkan tədbirinin müddəti sentyabrın 4-də bitirdi. İstintaq orqanı erkən vəsatət qaldırıb. Məhkəmə vəsatətə baxdıqdan sonra T. Yaqublunun həbsini dekabrın 4-nə qədər uzadıb. Qərarda Сinayət Məcəlləsinin 157.8-ci maddəsi əsas gətirilir. Yəni işin çətinliyi, mürəkkəbliyi əsas gətirilir. Həbs müddətinin uzadılması qanunsuzdur».

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və «Real» hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
XS
SM
MD
LG