Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Yaponiyada sunami dağıntılarının simvolu olan təknə dağıdılacaq


Yaponiyada 2011-ci il sunami dağıntılarının simvolu olan böyük balıqçı təknəsi dağıdılacaq.

Sunami «Kyotokumaru» adlanan bu qayığı yuyub və onu Kensennuma şəhərindəki yaşayış məhəlləsinə qədər aparmışdı.

Şəhər əhli 2 fikir arasında qalmışdı: bir qismi bu qayığın tarixi abidə kimi qorunmasını, digərləri tamamilə məhv edilməsini istəyirdi.

Bələdiyyə referendumu zamanı şəhər camaatının əksəriyyəti bu abidənin dağıdılmasına səs verib.

Onlar bildiriblər ki, fəlakətdə 19000 insan həlak olub, bu qayıq sunaminin acılarını onlara yenidən xatırladır.

Ancaq ziyarətçilər hələ də balıqçı təknəsini ziyarətə gəlir, üstünə və ətrafına çiçəklər düzürlər.

Şəhər rəsmiləri bir neçə həftəyə qayığın söküləcəyini deyir.
XS
SM
MD
LG