Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Vəkil Əfsər Talıbov Gülər Əhmədova ilə görüşüb


Gülər Əhmədova
Gülər Əhmədova
Vəkil Əfsər Talıbov həbsdə olan keçmiş deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA agentliyi xəbər verir.Əfsər Talıbov Gülər Əhmədovanın baş ağrısı və ürək bulanmasından əziyyət çəkdiyini deyir. O həmçinin cinayət işi üzrə hər hansı istintaq hərəkəti aparılmadığını bildirib.

Gülər Əhmədova keçmiş Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra- fevralın 13-də həbs edilib. O dələduzluqda- özgənin külli miqdarda əmlakını ələ keçirmə və ağır cinayəti gizlətməkdə ittiham olunur.
XS
SM
MD
LG