Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Belqorodda 6 nəfəri güllələyən Sergei Pomazuna ömürlük iş kəsilə bilər


Sergei Pomazun
Sergei Pomazun
Belqorodda 6 nəfərin qətlində ittiham olunan Sergei Pomazun hakimdən ömürlük yox, ona 25 il iş kəsilməsini xahiş edib. Prokuror bazar ertəsi keçirilən prosesdə ona ömürlük həbs cəzası istəyib.

Pomazun bu ilin aprelində şəhərin mərkəzində 2 məktəbli qız da daxil olmaqla 6 nəfəri güllələyib.

O məhkəmənin gedişində özünü pis aparıb, hakimi təhqir edib.Vəkil onun yenidən psixoloji ekspertizadan keçməsini xahiş eləsə də prokuror və ölənləron qohumları buna qarşı çıxıb.

Avqustun 22-də müttəhim son söz deyəcək.
XS
SM
MD
LG