Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50
-

«Enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə yeni səhifələr açır. Bu sahədə əməkdaşlıq təkcə ikitərəfli deyil, Avropa Birliyi ilə münasibətlərdə də mühüm rol oynayır. Enerji layihələrimiz Avropanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, bizim üçün də yeni bazarlar deməkdir».

Prezident.az-ın məlumatına görə, bunu prezidenti İlham Əliyev ötən gün Bakıda İtaliyanın baş naziri Enriсo Letta ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan nəhəng neft və qaz ehtiyatlarına malikdir:

«Biz artıq öz enerji ehtiyatlarımızın diversifikasiyasına nail olmuşuq, bununla belə, uzunmüddətli əməkdaşlıq üçün böyük bazarlar axtarışındayıq».

«Şahdəniz» konsorsiumunun TAP layihəsini seçməsini şərh edən prezident İ. Əliyev bunu vacib strateji qərar adlandırıb: «Bu qərar ədalətli yarış nəticəsində verilib və biznes nöqteyi-nəzərindən əlverişlidir».

Azərbaycan-İtaliya münasibətlərin toxunan dövlət başçısı bu münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb: «Biz beynəlxalq təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq edirik. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bu sahədə neft təchizatı əsas yer tutur. Biz İtaliyanın daha çıx şirkətinin Azərbaycanda iş qurmasında maraqlıyıq».

Prezident İ. Əliyev bildirib ki, baş nazirlə görüşdə bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Öz növbəsində, İtaliyanın baş naziri ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: «Mən İtaliyanın Azərbaycana səfər etmiş ilk baş naziriyəm».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG