Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 18:23

ABŞ İraqdakı partlayışları pisləyir


-
Vaşinqton İraqda şənbə günü partlayışlarını törədənləri “İslamın düşmənləri” adlandırıb. ABŞ Dövlət Departamenti Bağdad kafeləri və bazarlarında törədilən silsilə partlayışları “Ramazan bayramı keçirən ailələrə qorxaq hücumlar” adlandırıb.
İraq rəsmiləri 69 nəfərin öldüyünü xəbər verir. Bir neçə həftə bundan əvvəl Al-Qaeda yaraqlıları Bağdad həbsxanalarına hücum edib, yüzlərlə yaraqlını azad edib.
Vaşinqton bir daha bildirir ki, Al-Qaeda İraqın rəhbəri Abu Bakr al-Baghdadi üçün 10 milyon dollar mükafat verəcək. Suriyada gizləndiyi güman edilən Baghdadi 2011-ci ildən bəri İraqda bir neçə terror hücumu üçün məsuliyyəti üzərinə götürüb. Buraya Abu Ghraib həbsxanasına son hücum, Ədliyyə Nazirliyinə intiharçı hücumu, İraq təhlükəsizlik qüvvələri və vətəndaşlarına digər hücumlar daxildir.
XS
SM
MD
LG