Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 00:00

«Samsung» telefonlarını ABŞ-a buraxmırlar


-
ABŞ-ın Beynəlxalq Ticarət Komitəsi Cənubi Koreya şirkəti olan «Samsung»un bəzi məhsullarının ölkəyə idxalına qadağa qoyub.

Buna səbəb «Samsung»un «Apple» şirkətinin patent hüquqlarını pozması göstərilir.

Qərar iki ay ərzində qüvvəyə minməlidir. Bu müddət ərzində ABŞ prezidenti Barack Obama qərarı təsdiqləyə və ya rədd edə bilər.

«Samsung» şirkətinin rəhbərliyi Komitənin bu qərarından məyus olduğunu, amma bütün məhsullarının ABŞ ərazisində satılması üçün tədbirlər görəcəyini bəyan edib.

Dünyanın ən böyük smartfon istehsalçıları olan «Samsung»la «Apple» bir-birini qanunsuz istehsalda ittiham edirlər.
XS
SM
MD
LG