Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:40

Milli Məclis Silahlı qüvvələr haqqında qanun layihəsini müzakirə edəcək


Milli Məclis
Milli Məclis silahlı qüvvələrlə bağlı 1 ildir təxirə salınan qanun layihəsini payız sessiyasında müzakirəyə çıxaracaq.“Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində əlavə hərbi birləşmələrin yaradılmasına imkan verən dəyişikliklər nəzərdə tutulur.

Layihə Milli Məclisin ötən payız və yaz sessiyasının gündəliyinə salınsa da, müzakirə baş tutmamışdı.Buna səbəb kimi Müdafiə Nazirliyinin rəy verməməsi göstərilirdi. Artıq nazirliklə razılıq əldə olunduğu və payız sessiyasında layihənin müzakirəyə çıxarılacağı gözlənilir.
XS
SM
MD
LG