Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:46

İnternetdə pul qazanmağın yolları


-
- Artıq 20 ildən çoxdur ki, digər ölkələrdə internetdən pul qazananlar var. Azərbaycanda isə bu sahədə müəyyən problemlər var. İnternetdən qazanmağın üstünlükləri çoxdur: evdən kənara çıxmadan, əlavə xərc çəkmədən, başqa işlərdə qazandığından daha artıq qazana bilərsən.

- Reklamla qazanmaq üçün saytın olmalıdır və müəyyən qədər texniki biliklərə sahib olmalısan. Ən əsası müəyyən auditoriyan olmalıdır. Azərbaycan saytlarına reklam ödənişləri aylıq olur. Xaricdə isə «klik» və ya baxış sayından asılı olaraq pul qazanmaq olar.

- Azərbaycanda reklamdan ən çox xəbər saytları gəlir əldə edir.

- Reklam üzərindən ən çox gəlir gətirən «Google adsense»dir. Qazancın 70 avroya çatanda məbləğ çek formasında göndərilir. Çeki banka təqdim edib, iki aydan sonra pulu əldə etmək olar. Sənədlərində problem olarsa, pul geri qayıdır.

- Youtube-da videolardan da baxış sayına uyğun qazanmaq mümkündür. Özün çəkdiyin videoları və ya Youtube saytı olmayan televiziyaların videolarını yükləmək olar. Nə qədər baxımlı video olsa, o qədər gəlir qazanmaq olar.
XS
SM
MD
LG