Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:25

Əfqanıstanda bir ailənin 14 üzvü partlayışda ölüb


Foto arxiv
Əfqanıstanın şərqində qəbristanlıqda törədilən partlayışda 14 nəfərlik ailə həlak olub.

İnsident bu gün Ninqarhar əyalətinin Gani Hel rayonunda baş verib.Yerli polis rəisi onlardan yeddisinin qadın, yeddisinin isə uşaq olduğunu deyir. Ailənin 3 üzvü isə yaralanıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG