Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Kreml Obamanın qərarından təəssüflənib


Russia - Kreml
Russia - Kreml
Kreml ABŞ prezidenti Barack Obamanın Sentyabrın əvvəllərində Moskvaya səfərini təxirə salmasından təəssüf bildirib, amma buna baxmayaraq onu qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə Rusiya prezidenti Vladimir Purinin kömkçisi Yuri Ushakov məlumat verib.
O qeyd edib ki, vəziyyət ABŞ-ın Rusiya ilə bərabər əsasda münasibətlər qurmağa hazır olmadığını göstərir.

ABŞ milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes budan əvvəl Obamanın böyük 20-lər ölkələrinin Rusiyada keçiriləcək sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə təkbə-tək görüşmək fikrində olmadığını bəyan edib. O qeyd edib ki, Rusiyanın ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowdenə siyasi sığınacaq verməsi ikitərəfli münasibətlərə əlavə gərginlik gətirib. Rods qeyd edib ki, prezident və oun milli təhlükəsialik komandası yektilliklə belə fikirə gəlib ki, indiki şəraitdə belə bir görüşün keçirilməsi mənasızdır.

Amma Obama bundan əvvəl NBC televiziyasına müsahibəsində sammitdə iştirak edəcəyini təsdiqləyib. Böyük 20-lər ölkələrinin sammiti sentyabrın əvvəllərində Sankd-Peterburqda keçiriləcək.

Edvar Snowdenə siyasi sığınacaq verilməsinə gəldikdə isə Obama bundan məyus olduğunu bildirib.

ABŞ Edvard Snowdeni casusluqda ittiham edir.O bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb. Vaşinqton onun verilməsini tələb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG