Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

«Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin yanlış təfsirindən narahatdır»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

«Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin yanlış təfsiri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətinin azaldılması cəhdlərindən narahatdır».

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda «Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin regional və subregional təşkilatlarla əməkdaşlığı» mövzusunda BMT TŞ-nin təşkil etdiyi debatda çıxışında deyib. O bildirib ki, təşkilatın bütün üzvlərinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə münasibətdə təşkilatın Nizamnaməsində əksini tapmış öhdəliklərə ciddi əməl etməsi çox vacibdir. Nazir bəyan edib ki, silahlı münaqişələrin sülh yolu ilə həlli beynəlxalq hüquq əsasında həyata keçirilməlidir.

E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan işğaldan və geniş miqyaslı etnik təmizlikdən əziyyət çəkən ölkə kimi regional və subregional təşkilatların fərdi məsuliyyət prinsipinə töhfəsini qəti şəkildə dəstəkləyib.
XS
SM
MD
LG